“Özlərini düz çıxarmaqdansa, mənə zəng etsinlər”

“Özlərini düz çıxarmaqdansa, mənə zəng etsinlər”
859 dəfə oxunub
  • A-
  • A
  • A+

“Komplekssiz olmaq üçün savad olmalıdır. Bəlkə də 15 il Avropada yaşamağımın da təsiri var. Öz həyatımı yaşayıram, insanlar mənə maraqlı deyil. Düşünəndə ki, insanlar nə deyəcək bu zaman kompleks yaranır”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal “ARB TV-də yayımlanan “Show News” proqramına müsahibəsində söyləyib.

“Əvvəl düşünürdüm ki, şou-biznes məni qane etmir, indi bu, mənə maraqlı deyil” deyə, ifaçı bildirib.

O, bəzi məşhurların qalmaqal yaratmasının səbəbini açıqlayıb:

“Qalmaqal yaradanlar bunu şou üçün edirlər. Hansısa verilişdə özünü düz çıxarıb, başqalarını təhqir, tənqid etməkdənsə, mənə zəng etməkləri daha yaxşı olardı”.