Oğlu canlı yayımda Emmanın başına oyun açdı - Video

Oğlu canlı yayımda Emmanın başına oyun açdı -  Video
2330 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elmira Ələkbərzadə (Emma) "MTV Azərbaycan"da oğlu Davidlə birlikdə qonaq olub.

Axşam.az xəbər verir ki, övladı efir zamanı sənətçiyə çətin anlar yaşadıb. O, studiyada bir yerdə dayanmayıb. Operatorların qulaqçığını istəyən David gah ağlayıb, gah da getmək istəyib.

Ələkbərzadə oğlu ilə bağlı "Səhər o yuxudan oyananda dururam. Bir də gecə o yatanda divan üzü görürəm. Kanallar məni dəvət edəndə, Davidi gətirməyimi istəyirlər. Deyirəm, heç bir şeyə cavabdeh deyiləm. 5 yaşı tamam olacaq, çox ağıllı uşaqdır" sözlərini söyləyib.

Mediadan uzaq düşən ifaçı bunun səbəblərini açıqlayıb:

"Gedib nə danışım? Yalandan nələrsə danışmağı xoşlamıram. Şəxsi həyatımdan yazılmasını isə sevmirəm. Hər şey göz önündədir. Hamı necə biri olduğumuzu görür. Karantində də evdə üçümüz olduq".

Oğlu E.Ələkbərzadəyə danışmağa imkan verməyib və ağlamağa başlayıb.