Azər bu dəfə Renkanı çəkdi - Fotosessiya

Azər bu dəfə Renkanı çəkdi - Fotosessiya
3911 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc fotoqraf Azər Cəfər növbəti layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, bu dəfə onun fotokamerası önünə Renka ləqəbi ilə tanınan rəqqasə Rəna Ağamuradova keçib.

Azər bildirib ki, bu çəkiliş son zamanlar üzərində işlədiyi ən əziyyətli layihələrdən biridir: “Studiyada keçirtdiyimiz uzun saatlardan sonra süni günəş effekti yaratmağı bacardıq”.

Qeyd edək ki, A. Cəfər gənc olmasına baxmayaraq, fotoqrafiya sahəsində indiyədək bir neçə uğurlu işlər görüb. O, peşəkar səviyyədə hazırlanmış fotosessiyaların müəllifidir.