Məşhur gitaraçı və prodüser Bob Kulik 71 yaşında Amerikada vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə musiqçinin kiçik qardaşı Brüs Kulik Feysbuk hesabında məlumat verib:

“Böyük kədərlə qardaşım Bob Kulikin öldüyünü deyirəm. Mən əminəm ki, Bob indi valideynlərimlə birlikdədir və bacardığı qədər yüksək səslə gitarada ifa edir”.

Qeyd edək ki, Bob “KİSS”, “W.A.S.P. Grand Funk Railroad” kimi məşhur rok qruplarındakı çıxışı ilə tanınıb.



                 

Xəbər lenti