Koronavirusla bağlı son statistika

Koronavirusla bağlı son statistika
573 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4285 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 302 933 test aparılıb. İndiyədək 68 nəfər Covid-19-dan dünyasını dəyişib, 3508 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2086 nəfərdir. 93 nəfər reanimasiyada, 19 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 168 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib.