Türkiyəli müğənni Demet Akalın sosial şəbəkədə etdiyi açıqlamaları ilə izləyicilərin diqqətini çəkib.

Axşam.az xəbər verir ki, müğənni Hande Yenerlə barışdığını bildirib:

“Mən və Hande Yener bizdən sonra gələn ifaçılara örnək olduq. Çox xoş olmayan anlar keçirdik. İkimizin də çox sərt xarakteri var, amma bir araya gələndə pambıq kimiyik. Davalar geridə qaldı”.

Qeyd edək ki, ifaçılar 11 il küsülü olublar. Küskünlüklərin mənasız olduğunu bildirən Demet “hətta dava səbəbini də unutduqlarını” bildirmişdi.



                 

Xəbər lenti