"Deyirdilər, atasız qız incəsənətdə oxuya bilməz" - Məleykə Əsədova

"Deyirdilər, atasız qız incəsənətdə oxuya bilməz" -  Məleykə Əsədova
1515 dəfə oxunub
  • A-
  • A
  • A+
"Atam sağ olanda əziyyət görməmişdim. Hətta hüzur yeri nədir bilmirdim. Atam qızlarını yaxşı böyüdürdü. Atamla anam bir-birini çox sevirdi. Atam 50 yaşında infarkt keçirdi və dünyasını dəyişdi. Ən böyük yıxılmağım oldu".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Ulduzlu yayım" proqramında deyib. Aktrisa atası dünyasını dəyişəndə bir çox dostlarının onları atdığını söyləyib: 

"Rayonda böyümüş, zəhmət görməyən bir qız qəfildən şəhər həyatına atıldı. Atam olanda çox tanış, qohum yanımızda idi. O, olmayanda heç kim yanımızda olmadı. Hətta məni məcbur edirdilər ki, universitetdən çıxım və rayonda evdə oturum. Deyirdilər, atasız qız incəsənətdə oxuya bilməz. Amma etmədim, özümə söz verdim ki, anamı əziyyətdə qoymayacam.

Hamıdan yaxşı evdə kirayədə qalırdım, geyinirdim. Gedib rayonda qadın toylarında aparıcılıq edirdim. Bacılarımda işləyirdi, mən də öz pulumu təhsilimə sərf edirdim. Bu illər mənə hər şey verdi, amma inamımı aldı.

Hamı kənardan deyir, özündənrazı biridir. Yox, sadəcə, özümə hörmət edirəm, dedi-qodulardan qaçıram. Bəlkədə mən həddi olmayan dərəcədə saf və səmimiyəm".