10 ölkə arasında Azərbaycanı təmsil etdi

10 ölkə arasında Azərbaycanı təmsil etdi
694 dəfə oxunub
  • A-
  • A
  • A+

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günündə xaricdə yaşayan 10 ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Litva, Almanya, Polşa, Ukrayna və İngiltərə) uşaqlarının iştirakı ilə videoçarx hazırlanıb.

Axşam.az xəbər verir ki, videoçarxda “Antalya Azərbaycan Mədəniyyət və Birlik Təşkilatı”nı (Antalya Azerbaycan Kültür ve Dayanışma Derneği) 5 yaşlı azərbaycanlı Banu Qafarlı təmsil edib.

Qeyd edək ki, layihə “Yabancılar Meclisi Muratpaşa Antalya”ya məxsusdur.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.