Martda Butanın 40 yaşlı şahzadəsi Ciqmenin və xanımı Cesunun ikinci övladının dünyaya gəldiyi ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci uşaqları da oğlan olan cütlük fotosessiya etdirib. Onlar yeni övladlarının üzünü ilk dəfə göstəriblər. 

Şəkillər Cesunun 30 yaşının tamam olması münasibətilə lentə alınıb və şahzadənin rəsmi İnstaqram səhifəsində paylaşılıb. Fotosessiya şahzadənin sarayının bağçasında edilib.

Qeyd edək ki, şahzadə xanımı ilə onun 17 yaşı olanda eşq yaşayıb. Cütlük Cesunun 21 yaşı tamam olanda ailə qurub. Dörd il əvvəl onların ilk oğlu dünyaya gəlib.

 
 
 
 
 


                 

Xəbər lenti