“İmtahan” final edir - Fotolar

“İmtahan” final edir - Fotolar
4306 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər” TV-nin maraqla izlənilən gənclik serialı “İmtahan” final edir.

Axşam.az-ın əldə etdiyi məlumata görə, buna ekran işinin komandası qərar verib. Onlar tələbələrin həyatından bəhs edən serialda hekayənin konteksdən çıxmaması üçün belə addım atıblar.

Qeyd edək ki, hazırda çəkilişləri davam edən “İmtahan” iyunun sonlarında ekrana vida edəcək.

Onu da bildirək ki, serialda baş rolları aktyorlar Hikmət Rəhimov, Cövdət Şükürov, Sənan Əlləz, Ləman Mərrih, Uzel Kərimova, Corc Qafarov və başqaları canlandırır.