Aparıcı Ece Erken bu dəfə keçmiş eltisi ilə gündəmə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı Güldeniz Uçardan polisə şikayət ərizəsi verib. O, iddia edir ki, keçmiş eltisi onu öldürtmək istəyir.

Vəkili Mete Menekşe vasitəsilə məhkəməyə meraciət edən Erken eltisinin onu öldürtmək üçün bir "facetime" söhbəti zamanı Fatih Sipahi adlı bir şəxsdən kömək istədiyini bildirib. Məsələni Fatihin keçmiş sevgilisi və hazırda gözəllik salonu işlədən Özge Özel eşidib və aparıcıya çatdırıb.

Özge isə ötən həftə gözəllik salonuna Fatih Sipahi tərəfindən atəş açılması ilə gündəmə gəlmişdi.

Hazırda təhlükədə olduğunu deyən Ece qorxduğu üçün məhkəmədən kömək istəyib. Erken eyni zamanda İnstaqramda canlı yayımda keçmiş eltisin təhqir edib.

Güldeniz Uçar da aparıcını məhkəməyə şikayət edib. O, Ecenin onu təhqir etdiyini və buna görə 100 min lirə təzminat istədiyini söyləyib.



                 

Xəbər lenti