190 manat iyunda da veriləcək? - Rəsmi açıqlama

190 manat iyunda da veriləcək? -  Rəsmi açıqlama
8961 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Bu müddət ərzində 190 manatlıq ödənişin verilib-verilməməsi müzakirə olunur.

Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq:

"Müzakirələr nəticəsində müvafiq qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq".