Bir neçə gün əvvəl 50 yaşı tamam olan supermodel Naomi Kempbell özünə ad günü şənliyi keçirib.

Axşam.az xəbər verir ki, karantin qaydalarına əməl edən ulduz özəl gününü Mayamidəki malikanəsinin həyətində qeyd edib.

“Qara bəbir” ləqəbi ilə tanınan modelin ad gününü paparatsilər lentə alıblar. Onu təbrik etməyə gələnlər arasında Leonardo Di Kaprio, Sindi Krouford, Şon Penn, Con Makinrou, Vivi Nevo, Mark Bernett kimi məşhurlar da olub.

Qeyd edək ki, 50 yaşlı Naomi indiyə qədər ailəli olmayıb.




                 

Xəbər lenti