Dünyanın ən hündür binasında Azərbaycan bayrağı əks olundu - Foto

Dünyanın ən hündür binasında Azərbaycan bayrağı əks olundu -  Foto
1871 dəfə oxunub
  • A-
  • A
  • A+

28 May - Respublika Günü münasibətilə Dubayda Bürc Xəlifə göydələninin üzərində Azərbaycan dövlət bayrağı əks edilib.

Axşam.az xəbər verir ki, bu barədə binaya məxsus rəsmi “İnstagram” hesabında məlumat verilib.

Paylaşımda həmçinin, Azərbaycana inkişaf və firavanlıq da arzulanıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və dünyanın ən hündür binasıdır. 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir.