Reytinqlərdə ilk sırada yer alan “Kuzey Yıldızı: İlk Aşk” serialında Fatimə obrazını canlandıran aktrisa Yasemin Hadivet ekran işindən ayrılıb.

Axşam.az xəbər verir ki, aktrisa çəkilişləri Türkiyənin Ordu şəhərində aparılan serialdan pişiyinə görə uzaqlaşıb.

Bu barədə sosial şəbəkədə məlumat verən aktrsa 6 ildir birlikdə yaşadığı “Minnoş” adlı pişiyini saxlamağa heç kimin olmamasını və İstanbulda tək qoya bilmədiyini bildirib.

Yasemin 27-ci bölümdən sonra seriala vida edəcək.




                 

Xəbər lenti