Elvis Presli Muzeyi dünyaca məşhur müğənninin alt paltarını satışa çıxaracaq.

Axşam.az xəbər verir ki, qaşlarla bəzədilmiş alt paltarı 30 min funt sterlinq (təxminən 62 min 283 manat) dəyərində hərraca qoyulacaq.

Onun satışa çıxarılmasını gözləyən kolleksiyaçılar müğənninin intim əşyasına sahib olmağı əsl sərmayə kimi dəyərləndirirlər.

Qeyd edək ki, sözügedən alt paltarını Elvisin pərəstişkarlarından biri hazırlayıb. Bu geyimi çox bəyənən ulduz onu tez-tez konsertlərinə də geyinib.



                 

Xəbər lenti