Müğənni İrəm Derici bir neçə gün əvvəl “2 Sayfa” verilişində qonaq olmuşdu.

Axşam.az xəbər verir ki, sənətçi proqramda “10 milyon lirəm olsa sənətdən gedərəm” sözlərini demişdi.

Ötən gün isə Derici musiqiçi Bartu Küçükağlayan və Melikşah Altuntaş ilə birlikdə İnstaqramda izləyicilərlə söhbət ediblər. Canlı yayım zamanı sənətçinin pərəstişkarlarından biri İremin verilişdəki sözlərini ona xatırladıb. İrəm isə öz növbəsində “Vallah sənətdən gedərəm. Hətta bank hesabımı da göndərim pulu köçürsünlər” deyib.

İrəmin bu sözlərindən sonra onun bank hesabına pul axını başlayıb.

Çaşqınlıq yaşayan müğənni “Telefonum kilidləndi, hesabıma pul gəlir. Çoxmu yük oldum” deyerək təəccübünü dilə gətirib.

İrəm Derici daha sonra zarafat etdiyini, hesabına gələn pulları isə küçə heyvanları ilə məşğul olan qurumlara verəcəyini bildirib.



                 

Xəbər lenti