Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, həmyerlimiz Cəmilə Cavadova-Spitsberq bir sıra ölkələrdən olan orqanist həmkarları və dostları ilə birlikdə Azərbaycan Respublikasının 102-ci ildönümü münasibəti ilə ölkəmizin milli himnini ifa ediblər.

Axşam.az xəbər verir ki, müəllifi Üzeyir Hacıbəyli olan milli himnimizin musiqisi Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Tahirə Yaquboba tərəfindən orqan aləti üçün köçürülüb işlənilmişdir.



                 

Xəbər lenti