Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 325 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 280 663 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda 165 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 78 pasiyent sağalıb.



Xəbər lenti