“Sevməmişəm, sevgidən necə oxuyum?” - Elşad Xose

“Sevməmişəm, sevgidən necə oxuyum?” -  Elşad Xose
2476 dəfə oxunub
  • A-
  • A
  • A+
Repçi Elşad Xose “Xəzər” TV-də yayımlanan “5/5” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Zaur Kamalın “Replə nəyi deməyə çalışırsınız” sualına belə cavab verib:

“Mən özümə görə həmişə çalışmışam ki, həyatda yaşadığım şeylərdən oxuyum. Əgər mən sevməmişəmsə, sevgidən necə oxuya bilərəm? Sözsüz ki, özüm sevmədiyim halda maraqlana bilərəm, sevgi necə olur və bunu dinləyicilərə yaxşı formada təqdim edə bilərəm”.

Qeyd edək ki, Elşad rəqqasə Oksana Rəsulova ilə ailəli olub.