Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Axşam.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.



                 

Xəbər lenti