“Mənə iltifat etmək istəyənlər ikiüzlü kimi yalan danışırdı” - Ülvira

“Mənə iltifat etmək istəyənlər ikiüzlü kimi yalan danışırdı” - Ülvira
3400 dəfə oxunub
  • A-
  • A
  • A+

“İlk plastik əməliyyatımı hələ məşhur evlilik verilişim efirdə olanda etdirdim. Atadanqalma bir estetik qüsurum vardı, iltifat etmək istəyənlər ikiüzlülüklə yalan danışardı - yox, bu, səni korlamır, heç görünmür, nə bilim nə... Özüm kor deyildim, gözlərim var idi, altında da tünd tuluqlar. Efirdən əvvəl ha özünə əl qat, ha qrimçi bir ton tonal krem, üstündən açıq rəngli ənlik çəksin - xeyri yox idi, hirsli üz ifadəsi məni tərk etmirdi”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Ülvira Qarayeva sosial şəbəkədə yazıb.

O, estetik əməliyyatlardan öncəki fotosunu paylaşaraq ilk dəyişimə cəhdindən bəhs edib:

“O vaxtlar bir rəfiqəm bu dözülməz problemi aradan qaldırmaq üçün məni tanış həkiminin yanına apardı. Mənə başdan demişdi ki, bu əməliyyat ümumi narkozsuz olur. Nəysə ki, həyatımda ilk dəfə, özü də könüllü şəkildə əməliyyata girdim. Gülməli çiçəkli xalatı geyindim, keçib əməliyyat masasına uzandım. Üz nayihəsinə iynə vurmaqla əksər müasir xanımlar kimi məni də qorxutmaq mümkün deyildi - mezo və biopolimer əməlli təcrübə olmuşdu. Həkim az gülümsəyirdi, həkimlərə xas yumşaq, amma zabitəli tərzdə danışırdı. Eyni təmkinli, etirazlara dözməyən səslə əməliyyatın bitdiyini dedi. Əməliyyatdan İlhamə Quliyeva özgüvəni ilə çıxmışdım, amma üzüm eyni özgüvəni haqq etmirdi - kirpiklərin dibində tikanlanan saplar, həkimin göy markerlə çəkdiyi xəttlər məni model görünüşündən daha da uzaqlaşdırmışdı.

Evdə bir neçə gün tikişləri mazla yumşaltdım və vaxtı çatanda onları açdırmağa getdim. Əməliyyat cümə günü axşam efirdən sonra idi, birinci gün sağ-salamat efirə çıxdım. Düzdü, hər gün evdən çıxmazdan əvvəl tikişlərin uzanan saplarını kəsib, qısaltmaqla məşğul idim. Qrimçi isə onları tamamilə görünməz edirdi. Bu, mənim ilk və çox bəyəndiyim dəyişimim oldu, cizgilərim və baxışım yumşaldı. Amma həkimlə son görüşüm deyildi, hələ çox düşəcəkdim əlinə”.