Bakıda sakinlərin borclarını bağlayan “görünməz adam” peyda olub - Video

Bakıda sakinlərin borclarını bağlayan “görünməz adam” peyda olub -  Video
5540 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib.

Axşam.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, kimliyini bildirməyən həmin şəxs bu hərəkəti ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.

Obyekt sahibləri bildirir ki, uzun illərdir nisyə mal versələr də, belə bir halla ilk dəfədir ki, qarşılaşırlar. Hətta bağlanan borclar arasında illərdir ödənilməyənlər də olub.