"Azərbaycan Hava Yolları" (AZAL) İstanbuldan Bakıya növbəti çarter reysi həyata keçirib.

Axşam.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, Türkiyədən daha 178 Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, AZAL bu həftə Berlin və Varşava şəhərlərindən Bakıya çarter reysləri həyata keçirib.



                 

Xəbər lenti