"Operativ Qərargah tərəfindən beynəlxalq uçuşlar və sərhədlərin açılması məsələləri müzakirə olunur".

Axşam.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, beynəlxalq uçuşların iyunun 15-də açılması gözlənilir:

"Bir sıra meyarlar nəzərə alınır. Ölkəmizdəki yoluxmaların stabilləşməsi və sabitləşməsi nəzərə alınmalıdır. Eyni zamanda qonşu ölkədəki yoluxma vəziyyəti təhlil edilir. Qonşu, digər xarici ölkələrdəki aviaşirkətlərin yürüdəcəyi siyasət tərəfimizdən izlənilir. Ölkəmizdəki mövcud reallıqlar düşünülür. İyunun 15-də bu mümkün ola bilər. Amma yaxın günlərdə sərhədlərin açılması gözlənilmir. İlk olaraq Naxçıvana uçuşların bərpa edilməsi nəzərdə tutulur".



Xəbər lenti