Çeçenistan lideri Ramzan Kadırovun koronavirusa yoluxduğu deyilir.

Axşam.az xəbər verir ki, bu barədə “Baza” nəşri xəbər yayıb.

Məlumata görə, Ramzan Kadırov bir neçə gün əvvəl səhhətindən şikayət edib, amma bunu qripin simptomları kimi qəbul edib. Vəziyyəti daha da pisləşən başçıya həkimlər xəstəxanaya müraciət etməsini məsləhət görüblər.

Xəstəxanada müayinə olunan Kadırova ağciyərinin iltihablaması və koronavirus şübhəsi diaqnozu qoyulduğu deyilir.

Çeçenistan rəhbərliyi və hökumət başçıları İnformasiya İdarəsindən isə Kadırovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlara şərh verməkdən imtina ediblər.



                 

Xəbər lenti