118 nəfər koronavirusa yoluxdu, 87 nəfər sağaldı

118 nəfər koronavirusa yoluxdu, 87 nəfər sağaldı
552 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axşam.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3 min 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 min 340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252 min 496 test aparılıb.