Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, AYB-dən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Ç.Abdullayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri və əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə təltif edilir.



                 

Xəbər lenti