İftarda hazırlaya bilərsiniz...

İftarda hazırlaya bilərsiniz...
1594 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Pastisio

Ərzaqlar:
Zeytun yağı - 1 x/q.
Xırda doğranmış soğan - 1 ədəd
Sarımsaq - 3 diş
Qoyun ətinin qiyməsi - 500 qr.
Xırda doğranmış badımcan - 1/2 ədəd
Tomat pastası - 2 x/q.
Konservləşdirilmiş pomidor - 400 qr.
Zirə - 1 x/q.
Dəfnə yarpağı - 2 ədəd
Tərəvəz bulyonu - 150 ml.
Makaron - 350 qr.
Kərə yağı - 50 qr.
Un - 15 qr.
Süd - 1,5 st.
Yumurta - 1 ədəd
Çeder pendiri - 50 qr.
Duz və istiot zövqə görə

Hazırlanması:
Əvvəlcədən isidilmiş kərə yağına soğanı və əzilmiş sarımsağı töküb, 3 dəqiqə qovurduqdan sonra, üzərinə qiyməni, badımcanı əlavə edib, 4 dəqiqə qızart. Sonra tomat pastasını, konservləşdirilmiş pomidoru, tərəvəz bulyonunu, zirəni töküb, 25 dəqiqə bişir. Sobanı 180 dərəcədə isit. Makaronu suya töküb bişir. Sous üçün yağı, unu və südü qarışdırıb, qatılaşana qədər sobada saxla. Sonra sobaya qoyacağın qaba makaronların yarısını töküb, üzərinə zeytun yağını, sousun bir hissəsini və əti əlavə edib, qalan makaronu da tök. Kənarda qalan sousa yumurta qatıb, makaronun üstünə tök. Üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edib, 25 dəqiqə sobada bişir.

 

Toyuq qızartması
Ərzaqlar:
Toyuğun döş əti - 1 kq.
Duz və istiot
Duru yağ

Sous üçün:
Layma (yaşıl limon) şirəsi - 1 st.
Soya sousu - 4 x/q.
Sarımsaq - 4 diş
Un - 0,5 st.
Qırmızı istiot - 1 ç/q.
Duz və istiot zövqə görə

Hazırlanması:
Toyuq ətini dördkünc doğra. Sous hazırlayıb, ətin üstünə tökdükdən sonra yaxşıca qarışdır. 3 saat saxladıqdan sonra bitki yağında qızart.

Düyü salatı

Ərzaq:
Bişmiş düyü - 1 stəkan
Duzsuz fısdıq - 1 stəkan
Ərik qurusu - 10 ədəd
Portağal - 1 ədəd
Nanə - 1 dəstə
Bişmiş ət - 200 qram
Duru yağ - 3 xörək qaşığı
Duz, istiot zövqə görə

Hazırlanması:
Suda bişmiş düyünu duru yağda qızardıb, üzərinə yarım portağal şirəsini  sıxıb, odda 5 dəqiqə bişirin. Fısdıqları qovurub, ortadan bölün, üzərinə xırda doğranmış əti, ərik qurusunu və hazırlanan düyünü əlavə edib, qarışdırın. Qarışığın üzərinə rəndələnmiş portağal qabığı, nanə yarpaqları, duz, istiot əlavə edin. 5 dəqiqə saxladıqdan sonra süfrəyə verin.