Zeynəb Məmmədyarova keçmiş ərini məhkəməyə verdi

Zeynəb Məmmədyarova keçmiş ərini məhkəməyə verdi
3069 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova ikinci həyat yoldaşını məhkəməyə verib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, tanınmış şahmatçı 2017-ci ildə Ülfət Tanrıverdiyev adlı şəxslə Sumqayıt  Şəhər Məhkəməsinin qərarı ilə ayrılıb. Onların bu evlilikdən 2 övladı var.

Bildirilir ki, indiyədək olan müddət ərzində Ü.Tanrıverdiyev uşaqlarına görə aliment ödəmədiyindən onun xeyli miqdarda borcu yığılıb. Bu səbəbdən Zeynəb Məmmədyarova Yasamal Rayon Məhkəməsinə borcla bağlı iddia ərizəsi verib. Məhkəmə prosesinə hakim Orxan Məmmədli sədrlik edəcək.

Xatırladaq ki, Zeynəb Məmmədyarovanın ilk evliliyi özündən 24 yaş böyük olan tanınmış iş adamı və şair Gülağa Qəmbərov (Tənha) ilə olub. Onların həmin nikahdan bir övladı var.

Qeyd edək ki, Zeynəb Məmmədyarova həmçinin 2009-cu ildən Sumqayıt bələdiyyəsinin üzvüdür. O, fevralın 9-da keçirilən növbədənkənar seçkilərdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən millət vəkilliyinə nəmizədliyini də irəli sürmüşdü.