"İntihar etmək istədim" - Roza ağladı

"İntihar etmək istədim" -  Roza ağladı
3293 dəfə oxunub
  • A-
  • A
  • A+
"Öz qızımın 3 yaşı olanda Natavan adlı qızı övladlığa götürdüm. Əslində rus adı idi, dəyişdim. Öz qanından olmayana daha çox əmək sərf edirsən. Övladlığa götürdüklərim doğma qızımla eynidir. Nəvəmi hamısından çox istəyirəm. Halbu ki, doğma nəvəm deyil".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "5/5" verilişində qonaq olarkən deyib. Sənətçi övladlığa götürdüyü qızla bağlı başına gələn hadisəni danışıb. Göz yaşlarını saxlaya bilməyən Roza bunları söyləyib:

"Qızın anasını tapdım və rəfiqəm kimi ona təqdim etdim. Bir qadın kimi qısqanclıq hiss edirdim ki, sənə canımı verirəm, niyə doğma ananı axtarırsan. Ona görə qadını axtarıb tapdım. Natavanın ad günündə ona dedim ki, anandır. Anasının zahiri görünüşünü bəyənməsə də, münasibət qurdular. Klip təqdimatım ərəfəsində evə qayıtdım ki, qapı açıq, heç kim yox və qarət edilib. Hər şey balalarıma qurban. Onlardan biri xəstəxanaya düşəndə Allaha dua etmişəm ki, özümünkünü apar, buna dəymə. O demək deyil ki, öz övladımı çox istəmirəm, istəyirəm. Sadəcə, bu birilər əmanətdir.

Həmin hadisədən sonra depressiyaya düşdüm, özümə qapandım. Bəzi şeylər səni sındırır, heç nə gözündə görünmür. Beş il sənətdən uzaqlaşdım. 7 il sonra qızı yenidən qəbul etdim".

Zərgərli bildirib ki, həmin ərəfədə intihar belə etməyi düşünüb:

"Hətta elə olurdu ki, nəsə problem yaşananda onu yox, doğma qızım Bənövşəni döyürdüm. Amma peşman deyiləm. Ona sual verdim ki, axı niyə? Qayıtdı ki, sən mənim doğma anam deyilsən... Ona görə pis oldum. Tanrıya bir şeydə şükür və təşəkkür edirəm ki, qızım Bənöşədir. O biri uşaqlara deyirəm ki, siz Bənövşənin yerinə olsaydınız, bunu qəbul etməzdiniz. O bir dəfə deməyib ki, niyə bunlara edirsən, mənə yox? Hər şey hamıya eyni qaydada edilir".