“Sonsuz xoşbəxtliyimin sirri sənin həyatımda olmağındır” - Fotolar

“Sonsuz xoşbəxtliyimin sirri sənin həyatımda olmağındır” - Fotolar
5711 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision- 2010” təmsilçimiz Safura Əlizadə sosial media hesabında üçüncü övladı Natiqlə fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, buna səbəb isə bu gün Natiqin bir yaşının tamam olmasıdır.

O, oğlu ilə bölüşdüyü fotoya “Sonsuz xoşbəxtliyimin sirri sənin həyatımda olmağındır. Səni çox sevirik, ad günün mübarək, əzizim” sözlərini yazıb.

Qeyd edək ki, Safura övladına qayınatası, mərhum energetika naziri Natiq Əliyevin adını qoyub. Körpə ötən ilin bu günü Türkiyədə dünyaya göz açıb.

Onu da bildirək ki, biznesmen Fərhad Əliyevlə ailəli olan Safuranın İsgəndər adlı oğlu, Aişə adlı qızı da var.