Türkiyədə 1092 nəfər koronavirusdan sağaldı - 23-ü öldü

Türkiyədə 1092 nəfər koronavirusdan sağaldı -  23-ü öldü
450 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 152 min 587 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 23 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 972 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4222 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1092 nəfər təşkil edir.