45 yaşında ilk dəfə ata olacaq

45 yaşında ilk dəfə ata olacaq
940 dəfə oxunub
  • A-
  • A
  • A+

“Joker” filmində canlandırdığı Artur Flek obrazı ilə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə Oskar mükafatı alan aktyor Xoakin Foeniks ata olmağa hazırlaşır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı amerikalı sənətçinin nişanlısı Runey Maranın 6 aylıq hamilə olduğu bildirilib.

Qeyd edək ki, 35 yaşlı Mara sonuncu dəfə görüntülənəndən sonra onun hamilə olması barədə xəbərlər yayılsa da, öz təsdiqini tapmamışdı.