Türkiyədə son sutkada koronavirusdan 28 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 28 nəfər ölüb
429 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 151 min 615 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 28 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1022 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4199 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1318 nəfər təşkil edir