Bu kənd görənləri heyran edir - Fotolar

Bu kənd görənləri heyran edir - Fotolar
4442 dəfə oxunub
  • A-
  • A
  • A+

Alp dağları ilə əhatələnən Hallstatt qəsəbəsi təbiətinin gözəlliyi və sakitliyi ilə sadəcə Avstriyanın yox, son illərdə Avropanın da ən çox turist cəlb edən bölgələrindən biridir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, YUNESKO-nun Milli İrs siyahısında yer alan nağılvari qəsəbə Salzburq bölgəsindən 80 km uzaqlıqda yerləşir.

Ölkənin ən qədim qəsəbəsi sayılan Hallstattı sevilən edən təkcə əla mənzərəli bir gölün kənarında yerləşməsi deyil. Həmçinin, tarixi milizmalarını itirmədən mühafizə edilən 16-cı əsrə aid evlər, qədim məzarlıqda yer qalmadığı üçün yüzlərlə kəllə və insan sümüyünün yerləşdirilib sərginləndiyi Beynhauzun da turistlərin gəlməsi üçün böyük avantajdır.

Bundan başqa, qəsəbənin kənarında da ziyarətçilərin marağını cəlb edən yerlər mövcuddur. Bunların arasında duz mədənləri, funikulyorla çıxa biləcəyiniz və Alp Dağlarının möhtəşəm mənzərəsini zirvədən izləyə biləcəyiniz Skayvolk, həmçinin, qış idmanlarını sevən insanların axın etdiyi istirahət zonaları var.