“Dəli yığıncağı” tamaşası nümayiş olunacaq

“Dəli yığıncağı” tamaşası nümayiş olunacaq
470 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi tərəfindən yeni hazırlanmış, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşası növbəti dəfə mayın 21-də sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları canlandırıblar.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandıracaq.

Səhnə əsəri fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulub.