"Mənə qıcıq verən müğənnini..." - Anar tənqid etdi

"Mənə qıcıq verən müğənnini..." -  Anar tənqid etdi
15061 dəfə oxunub
  • A-
  • A
  • A+
"Kənardan gülünc görünürlər: bu gün məni, sabah onu tərifləyirlər. Belə hallara fikir vermirəm. Çalışıram onları izləməyim. Neqativdən uzağam".

Axşam.az xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev "Show news" verilişində deyib. O, dedi-qodulardan uzaq olduğunu deyib. Anar ad çəkmədən bir çox məşhuru ələ salıb:

"Özünü şirin satır, bunla nə qazanacaq? Nə halları varsa, görsünlər. Rahatam, dərinliyə varmıram. Mənə qıcıq verən müğənnini görməməzlikdən gəlirəm. Çalışıram heç kimin qəlbini qırmayım. Xaricdəyəmsə, mədəni sürətdə deyirəm. Müğənni ilə işləmək mənim fəaliyyətimdə 15-20 il əvvəldə qalıb. Gənclər müğənnilərlə çalışsınlar.

Dırnaqarası insanlar var ki, dilindən, hardan olduqlarından utanırlar. Açıq deyirəm ki, Gürcüstanda doğulmuşam, kənddə böyümüşəm. Bəziləri var ki, az qala desin, Sahildə göbəklərini kəsiblər. Eşələsəm, mənim kəndimdən də o tərəfdədilər.

Nə maşın, nə evim, nə də geyimimlə öyündüm. Bunlar tamaşaçını qıcıqlandırır. Məndə olan efir qarşısında oturanın 10-da olmaya bilər. Heç nə yeyib, nə içdiyimi, harada yatdığımı sosial şəbəkədə də paylaşmıram".