Mədəniyyət Nazirliyindən 9 Mayla bağlı virtual sərgi - Video

Mədəniyyət Nazirliyindən 9 Mayla bağlı virtual sərgi -  Video
565 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi "9 May - Qələbə günü"nə həsr olunan “Azərbaycanın Böyük Vətən Müharibəsi illərində verdiyi töhfələr” adlı virtual sərgini təqdim edib.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, sərgidə Azərbaycan Milli İncəsənət və Xalça muzeyləri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və İstiqlal Muzeyi, habelə Üzeyir Hacıbəylinin, Bülbülün və Səməd Vurğunun ev-muzeylərinin fondlarından materiallar təqdim olunur.

Sərgi aşağıdakı bölmələrdən ibarətdir:

- Müharibənin başlanması. Böyük Vətən Müharibəsinin ilk günlərində Azərbaycanda əhalinin səfərbər edilməsi
- Arxa cəbhədə çalışan işçilərin əməyi. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”
- Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının cəbhədə göstərdiyi şücaət
- Milli hərbi birləşmələri
- Elm işçilərinin düşmən üzərində qələbəyə töhfəsi
- Səhiyyə işçilərinin düşmən üzərində qələbəyə töfhəsi
- Mədəniyyət və incəsənət işçilərinin töfhəsi
- Böyük Vətən Müharibəsi illərində nümayiş etdirilən qəhrəmanlıqlar barədə xatirələrin əbədiləşdirilməsi.
 
Qeyd edək ki, virtual sərgi koronavirus infeksiyasının yayılması ilə bağlı yaranmış vəziyyətlə əlaqədar muzeylərin müəyyən vaxt müddətinə bağlı olduğunu nəzərə alınaraq hazırlanıb.