İngilis kral ailəsindəki bütün vəzifələrini martda sonlandıran və Amerikada yaşamağa başlayan şahzadə Herri və Meqan Marklın birgə yaşadığı malikanə ilk dəfə görüntülənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniyada yerləşən evin sahibi isə aktrisa Tayler Perri olub. Qiyməti isə 18 milyon dollar dəyərindədir.

22 hektarlıq ərazidə yerləşən evdə 8 yataq otağı və 12 hamam yerləşir. Onların bu evdə kirayə olaraq yaşaması yaxud alması barədə məlumat yoxdur.

Qeyd edək ki, indiyədək evin satışa çıxarılması barədə də informasiya yayılmayıb.

 
 
 
 
 


                 

Xəbər lenti