“Qırmızıpapaq” tamaşası nümayiş olunacaq

“Qırmızıpapaq” tamaşası nümayiş olunacaq
635 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 5-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “Facebook” və “YouTube” kanalından “Qırmızıpapaq” tamaşasını nümayiş etdirəcək.

Axşam.az xəbər verir ki, Şarl Perronun dünyaca məşhur əsərinə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.