Azərbaycan Dövlət Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə
309 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.

Mədəniyyət Nazirliyindən Axşam.az-a verilən məlumata görə, reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxil edilib. Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.

“Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.