Xalq artisti Emin Ağalarovun sahibi olduğu "Jara" telekanalı həkimlərlə bağlı mahnı hazırlayıb.

Axşam.az xəbər verir ki, layihədə Stas Mixaylov, Artik & Asti, Emin, Nikolay Baskov, Lyubov Uspenskaya, Aleksandr Panayotov, İrina Dubsova, Slava, Nərgiz, Brendon Stoun yer alıblar.

Himn COVID-19-la mübarizə ərəfəsində çalışan həkimlərə həsr edilib. 

"Hamımıza deyiblər ki, evdə oturaq. Biz ailəmizlə evdə oturduğumuz ərəfədə minlərlə həkim 12 saat işləyir. Onlara təşəkkür etmək istədik" deyə, Emin bildirib. 
 
Baskov isə mahnının möhtəşəm olduğunu iddia edib.



                 

Xəbər lenti