Mədəniyyət Nazirliyindən incəsənət nümayəndələrinə çağırış

Mədəniyyət Nazirliyindən incəsənət nümayəndələrinə çağırış
1238 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) ölkəmizə olan bütün incəsənət nümayəndələrini, yaradıcı şəxsləri UNESKO-nun ResiliArt hərəkatına qoşulmağa və aktiv iştiraka dəvət edir.

Mədəniyyət indi bizə hər zaman olduğundan daha çox lazımlıdır.

Mədəniyyət bizi dözümlü edir, bizə ümid verir. Eyni zamanda bizə yalnız olmadığımızı xatırladır. Bizim sənətkarları dəstəkləməyimiz və hər kəsin mədəniyyətə çıxışını təmin etməyimiz üçün razılaşdırılmış və qlobal addımlara ehtiyacımız var.

Yeni koronavirus nəticəsində meydana çıxan səhiyyə böhranının nəticəsində dünya iqtisadiyyatı geriləməyə başlayıb və 2020-ci ildə dünya iqtisadiyyatı 1 trilyon ABŞ dolları məbləğində itkiyə məruz qalıb (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD)). Dünyada milyonlarla insanın rahatlıq və əlaqələnmə mənbəyi kimi mədəniyyətə müraciət etdiyi bir dövrdə COVİD-19 virusunun təsiri mədəniyyət sahəsindən də yan keçməyib. UNESCO-nun irsinə daxil edilmiş məkanların 80%-dən çox hissəsi bağlanaraq yerli icmaların və mədəniyyət sahəsində fəaliyyət göstərən yerli mütəxəssislərin həyatına təsir göstərib. Muzey, teatr və kinoteatrlar daxil olmaqla bir çox mədəniyyət müəssisələri və qurumları hər gün milyonlarla məbləğ vəsait itirirlər və bəziləri öz əməkdaşlarını işdən azad etmək məcburiyyətində qalıblar. Pandemiyadan öncə belə bu sahələrdə yarım günlük əsaslarla, qeyri-rəsmi işləyən və digər formada ağır müqavilələrlə çalışan sənət adamlarının böyük hissəsi gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Bugün biz mədəniyyət sahəsində fövqəladə bir vəziyyət yaşayırıq.

Axşam.az xəbər verir ki, məhz bu səbəbdən UNESKO yeni bir hərəkata - Resiliart (Dözümlü İncəsənət) hərəkatına başlayır.

ResiliArt hərəkatı mədəniyyət sahəsinin aparıcı profesionalları ilə eksklüziv qlobal müzakirə təşkil etməklə yaradıcı sahələrin böhran şəraitində indiki vəziyyətinə işıq salmaq, eləcə də sosial media vasitəsilə həm tanınmış, həm də yetişməkdə olan incəsənət adamlarının səsini və təcrübələrini yaymaq məqsədi daşıyır. Ümumilikdə bu hərəkat COVID-19 pandemiyasının bu sektora hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmaq və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.

Açılış debatı 15 aprel 2020-ci il tarixində, Ümumdünya İncəsənət Günündə, Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) ilə birgə tərəfdaşlıqda ilə baş tutub. Debatı açılış nitqi ilə UNESKO-nun baş direktoru Audrey AZOULAY açmış və onun moderatoru olduğu ResiliArt müzakirələrində UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto OTTONE R., Jan Mişel JARRE (bəstəkar, ifaçı, CISAC prezidenti və UNESKO-nun xoşməramlı səfiri), Yasmina XADRA (Müəllif), Deeyah KHAN (Musiqiçi, sənədli film rejissoru və UNESKO-nun xoşməramlı səfiri), Anjelique KIDJO (müğənni, CISAC vitse-prezidenti və UNİCEF-in beynəlxalq səfiri), Nina OBULJEN-KORŽINEK (Xorvatiyanın mədəniyyət naziri və skripkaçı) və Luis PUENZO (Film rejissoru, ssenarist, prodüser və INCAA-nın prezidenti) iştirak ediblər.

Mədəniyyət sənayesi mütəxəssisləri hərəkata qoşulmağa və ResiliArt debatlarını öz bölgələrində təşkil etməyə dəvət edilir. Bütün mədəniyyət dəyər zəncirinə vurulmuş bu zərbənin yaradıcı iqtisadiyyat üzərində uzunmüddətli təsirləri olacaq. ResiliArt hərəkatının məqsədi də pandemiya bitdikdən sonra uzun müddət müzakirələrin, məlumat mübadiləsinin və ictimai vəkillik səylərinin davamlılığını təmin etməkdir.

Bizə qoşulun!

ResiliArt hərəkatı ilə əlaqədar hər hansı suallar üçün, zəhmət olmasa, UNESKO ilə əlaqə saxlayın: [email protected]

CISAC ilə əlaqə: [email protected] və ya www.cisac.org