"Həyatı sev" beynəlxalq xeyriyyə layihəsi başladı

"Həyatı sev" beynəlxalq xeyriyyə layihəsi başladı
315 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının dəstəyi ilə “AFFFAİR” brendinin rəhbəri, məhşur moda dizayneri Rüfət İsmayıl ölkəmizdə koronavirus pandemiyasına qarşı olan mübarizəyə qoşulmaq məqsədilə yeni “LoveLife” adlı aksiyaya start verir.

Axşam.az xəbər verir ki, aksiya çərçivəsində Rüfət İsmayıl tərəfindən xüsusi şəkildə dizayn edilmiş və məhdud sayda hazırlanmış köynəklər (T-shirt) satışa buraxılacaq. Köynəklərin satışından əldə olunacaq gəlir “Koronavirusla Mübarizəyə Dəstək Fonduna” bağışlanacaq.

Bundan əlavə vətəndaşlar bu köynəkləri əldə edərək aksiyaya qoşula bilərlər.

Bunun üçün:

Üzərində köynək ilə foto çəkdirib, #love #life #blessed hashtag-lərindən istifadə edərək Instagram səhifəsində paylaşmaq;

Daha sonra bu fotonu “AFFFAİR” təşkilatına göndərmək kifayətdir;

Öz növbəsində təşkilat göndərilmiş fotolardan istifadə edərək xüsusi fleşmob düzəldib öz rəsmi saytında yerləşdirəcək 

Eyni zamanda aksiya ilə bağlı əlavə məlumatları layihə üçün xüsusi yaradılmış veb səhifədən (https://www.lovelife.az/az/) əldə edə bilərsiniz.

Koronavirusa qarşı mübarizəyə qoşulmaq istəyən hər kəs bu aksiyada iştirak etməyə dəvət olunur! 

Əlavə məlumat üçün:

Facebook: https://www.facebook.com/creative.az

İnstaqram: https://www.instagram.com/kreativaze

Email: [email protected]