“Evim - yeni iş yerim”

“Evim - yeni iş yerim”
908 dəfə oxunub
  • A-
  • A
  • A+

Xüsusi karantin dövründə Mədəniyyət Nazirliyi öz fəaliyyətini mövcud şəraitə uyğunlaşdırılmış şəkildə davam etdirir. Müxtəlif onlayn layihələr, müsabiqələr, konsertlər təşkil edilir. İdarəçilikdə mövcud texnoloji imkanlardan istifadə edilməklə mobil cihazlar, internet qəbuledicili texniki avadanlıqlar üzərindən həyata keçirilir.

Axşam.az xəbər verir ki, nazirlik özünün bu qəbildən olan yeni “Evim – yeni iş yerim” layihəsini elan edir. Layihənin məqsədi insanların ev şəraitində öz işlərini qurmasına, məsafədən idarəçiliyin metodları barədə təbliğat, maarifləndirmə işləri aparmaqla mövcud şəraitdə hər kəsi pozitiv əhval ruhiyyəyə səsləmək, ümid və optimizə dəstək olmaqdır.

Layihə çərçivəsində ilkin olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan idarə və təşkilatların iş prinsipi, əldə etdikləri nailiyyətlər video rolik formasında nazirliyin rəsmi facebook səhifəsində #evimyeniişyerim həştəqi ilə nümayiş etdiriləcəkdir. Eyni zamanda təşəbbüslə bağlı ictimaiyyətin nümayəndələrini, müxtəlif təşkilat və şəxsləri işlərini karantin rejimində necə qurmaları ilə bağlı videolarını hazırlamağa və sosial şəbəkələrdə #evimyeniişyerim həştəqi ilə paylaşmağa çağırırıq.

Öz fəaliyyətlərini ən innovativ yeniliklərlə quran, habelə paylaşılan videosu ən çox baxış sayı alan şəxslər, təşkilatlar 25-30 may tarixlərində aparılacaq onlayn monitorinqlərdən sonra mükafatlandırılacaqlar.