Bu gün Azərbaycanda 3656 nəfər koronavirus testindən keçirilib.

Axşam.az xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə testdən keçənlərin sayı 56 667 nəfərdir. Reanimasiyada olan xəstə sayı 5, süni tənəffüs cihazında olan xəstə sayı 3 nəfərdir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 926, virusdan ölənlər 9, sağalan xəstə sayı 101, aktiv xəstələrin sayı isə 816 nəfərdir.



                 

Xəbər lenti