Aparıcı İlkin Həsəni “Söhbətsiz” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, rejissor Kənan MM-lə “Ay Brilliant” filmi ilə bağlı yaşadıqları qalmaqaldan söz açıb:

“Bir dəfə yazdım ki, Kənan yaxşı oğlandır, İnşallah, yaxşı rejissor da olar. Kənan da başladı söyüşlər yazmağa. Kənan heç dram da çəkə bilmir. Hamısından yaxşı film çəkməsin, çəkilsin".

İ.Həsəni yeni aparıcılar barədə də fikirlərini dilə gətirib:

“Gələnlərin əksəriyyəti kimisə təkrarlayır. Əgər yeni gələnin bir özünəməxsusluğu yoxdursa, yadda qalmayacaq. Bu, onun geyimi, saçı, danışığı, hərəkətləri ola bilər. İstəyirəm yeni simalar üzə çıxsın: ləhcəylə danışmayan, fikrini düzgün ifadə edən... İndi televiziyalarda təmizləmə işləri başlayıb. Amma təmizlənənlərin yerinə də gələnlər köhnə aparıcılardır”.



                 

Xəbər lenti