Məşhur musiqiçi koronavirusun qurbanı oldu

Məşhur musiqiçi koronavirusun qurbanı oldu
574 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı musiqiçi Con Prayn koronavirusdan dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, 73 yaşlı artistin ölümü barədə CNN nəşri məlumat verib.

Martın sonundan yüksək hərarət və öskürəklə mübarizə aparan Con Amerikanın Neşvill şəhərindəki xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, məşhur musiqiçi ölkə və xalq musiqisinin əfsanəsi sayılırdı. İfaçı karyerası ərzində iki dəfə "ən yaxşı müasir xalq albomu" kateqoriyasında Qremmi mükafatı alıb.