Koronavirusla mübarizəyə 1 milyard dollar bağışladı

Koronavirusla mübarizəyə 1 milyard dollar bağışladı
1357 dəfə oxunub
  • A-
  • A
  • A+

"Twitter"in yaradıcısı və baş direktoru Cek Dorsi də koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, o, bunun üçün 1 milyard dollarından keçib. Bu məbləğ Cekin sərvətinin üçdə bir hissəsidir.

Bu haqda Dorsi sosial şəbəkədə elan verib. O bildirib ki, CoVID-19 infeksiyası bitdikdən sonra ayırdığı məbləğdən nə qədər qalsa, onu qadın sağlamlığına və təhsilinə bağışlayacaq.

İş adamı əlavə edib ki, 1 milyard dolların necə xərcləndiyi insanlara bir-bir göstəriləcək. O, bütün işlərin açıq-aşkar aparılacağını deyib.